Paytaxtın Binəqədi rayonunda iki çoxmərtəbəli binanın damındakı tikilinin təyinatı və qanuniliyi ilə bağlı suallar yaranıb.
Yurd.Media xəbər verir ki, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 148 ünvanında 14 mərtəbəli iki binanın damında qəribə tikili var.
Sakinlər fərqli fikirlər səsləndirdilər, biri dedi ora mansard olsa da, yaşayış üçün yer tikilib ki, sonradan satılsın.
Bəziləri isə bildiriblər ki, iaşə obyekti xarakterli tikiliyə oxşuyur. Bunu isə mənfi hal kimi qiymətləndirdilər.
Binanın mühafizəçisi isə bildirib ki, tikinti qısamüddət ərazində aparılıb, şiferlər yenilənib.
Məsələ ilə əlaqədar Binəqədi rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirilib ki, sözügedən bina uzun illər əvvəl inşa edilib və həmin vaxtdan binada yaşayış mövcuddur. "Bəs binanın damında hansısa tikinti işləri aparılırmı" sualına icra hakimiyyətindən cavab verilməyib.