Bakıda köhnə poliklinikanın binası tamamilə yandı.
Yurd.Media-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən paytaxtın Binəqədi rayonu ərazisində "Nəsimi" metrostansiyasının yaxınlığında yerləşən köhnə 27 saylı poliklinika binası olan və hazırda istifadəsiz tikilidə baş verən yanğın məhdudlaşdırılıb, yanğının ətraf tikililərə keçməyinin qarşısı alınıb.
Yanğın zamanı mülki vətəndaşlardan xəsarət alan olmayıb, iki nəfər yanğınsöndürən yüngül xəsarət alıb.