"Karlos Lizing" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) böyük həcmdə borcu yığılıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, lizinq şirkətinin vergi borcu 43 min manatı ötüb.
Qeyd edək ki, şirkət 2018-ci ildən lizinq bazarında fəaliyyət göstərir, nizamnamə kapitalı 10 manat təşkil edən. Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 1B, mənzil 54-də qeydiyyata alınan "Karlos Lizing"in direktoru Zəka Quliyevdir.