Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Yurd.Media xəbər verir ki, qəza gecə saat 01:10 radələrində Azadlıq prospekti ilə Çingiz Aytmatov küçəsinin kəsişməsində qeydə alınıb.
Belə ki, Azadlıq prospektinin kənar yolu ilə hərəkətdə olan “KİA Sportage” markalı avtomobil işıqforun yaşıl işığında Azadlıq prospektindən Çingiz Aytmatov küçəsinə dönən “Mercedes-Benz” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində xəsarət alan olmayıb.
Hadisə yerinə Binəqədi Rayon Yol Polis İdarəsinin əməkdaşı və sığorta nümayəndəsi gəlib.
Faktla bağlı araşdırma aparılır.
