Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Yurd.Media xəbər verir ki, Gəncə şəhərində 15 yaşlı A.Məmmədov mübahisə zəminində bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Əfqan Yusubov polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.