Qazaxda evdə qazsızması nəticəsində partlayış olub.
Yurd.Media-nın məlumatına görə, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.
Evdə qazsızması nəticəsində başvermiş partlayışda 1961-ci il təvəllüdlü Məqsəd Əşrəf oğlu Kalayev və onun anası 1936-cı il təvəllüdlü Dilbər Alı qızı Kalayeva xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
M.Kalayev 3-cü dərəcəli yanıq xəsarətləri alıb, vəziyyəti orta-ağır qiymətləndirilir. Anasının vəziyyəti isə kafidir.
Qeyd edək ki, hadisə səhər saatlarında qeydə alınıb. Belə ki, otağın işığı yandırılan zaman anidən partlayış olub.
TƏBİB-dən Yurd.Media-yq bildirilib ki, bugün saat 07:30 radələrində 2 nəfər (1 kişi, 1 qadın) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bədənin müxtəlif nahiyələrinin termiki yanığı diaqnozu təyin olunan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbədə davam etdirilir. 1 nəfərin vəziyyəti orta ağır, digər şəxsin vəziyyəti isə ağır qiymətləndirilir.