Güclü külək Gəncə şəhərində bir sıra fəsadlar törədib.
Yurd.Media-nın bölgə müxbirinin məlumatına görə, səhər saatlarından başlayaraq güclü küləklə müşahidə olunan hava şəraiti Gəncədə iri gövdəli ağacın aşmasına səbəb olub.
Şəhərin İsmət Qayıbov küçəsində, iri gövdəli çinar ağacının iri budağı evə, mağazanın damına və 2 avtomobilin üzərinə düşüb. Mağazanın tavanına və nəqliyyat vasitələrinə ziyan dəyib.
Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin canlı qüvvə və texnikaları vasitəsilə baş vermiş təbiət hadisəsəsinin aradan qaldırılması istiqamətində işlər həyata keçirilib.
Aşan iri gövdəli ağac doğranaraq ərazidən daşınması təmin edilib.