SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Badamdarda sürüşmə evin həyətini parçaladı - VİDEO

Badamdarda sürüşmə evin həyətini parçaladı - VİDEO

  • 21 noyabr 2026, 23:28
Bakı

Bakının Səbail rayonunun Badamdar qəsəbəsində sürüşmə yenidən aktivləşib. Qəsəbənin üçüncü yaşayış massivində sürüşmə nəticəsində fərdi yaşayış evinə ziyan dəyib, həyəti isə dərin çatla ikiyə ayrılıb.

Yurd.Media xəbər verir ki, hadisə zamanı evdə yaşayış olmadığından xəsarət alan olmayıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, nazirliyin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə keçirilən növbəti baxış zamanı sürüşmə prosesinin aktiv fazada olduğu müəyyən edilib.

Sürüşmənin aktivləşə biləcəyi nəzərə alınaraq, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ərazidəki insanların təhlükəsiz yerə təxliyə edilməsi və yaxınlıqdakı obyektlərin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması üçün aidiyyəti dövlət qurumlarına rəsmi müraciət edib.

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən “Xəzər Xəbər”ə bildirilib ki, son monitorinq zamanı sürüşmə sahəsindəki çatların əvvəlki baxışla müqayisədə bir qədər də genişləndiyi müəyyən olunub. Ərazidə müşahidələr davam etdirilir.

Sakinlərin sözlərinə görə, beş il əvvəl də eyni ərazidə sürüşmə baş verib və torpaq qatı yola tökülüb.

Badamdarda sürüşmə evin həyətini parçaladı - VİDEO
Skat.az - Ev və Avtomobil elanları