Lənkəranda avtomobillərin toqquşdu, 2 kəndə elektrik enerjisinin verilməsi dayandı
Yurd.Media-nın məlumatına görə, rayonun Seperadi kəndində "QAZel" , "Mercedes" və "VAZ-2106" markalı avtomobillərin iştirakı ilə zəncirvari qəza qeydə alınıb. Daha sonra "QAZel" markalı kiçik tutumlu yük maşını yol kənarındakı elektrik dirəyinə çırpılıb.
Hadisə nəticəsində hər 3 avtomobillərə və elektrik təsərrüfatına zərər vurub.
Xəsarət alan olmasa da elektrik xəttinin sınması nəticəsində Seperadi və Zövlə kəndində elektrik enerjisinin verilməsi dayanıb. Hazırda 6 minə yaxın sakin işıqsız qalıb.
Yaranmış problemin aradan qaldırılması istiqamətində işlər aparılır.