SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Salyanda avtomobil yoldan çıxaraq aşıb: Ana və qızı xəsarət alıb

Salyanda avtomobil yoldan çıxaraq aşıb: Ana və qızı xəsarət alıb

  • 15 noyabr 2026, 19:57
Salyan

Ələt–Astara magistral yolunun Salyan rayonunun ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Yurd.Media xəbər verir ki, hadisə zamanı idarəetmədən çıxan “Hyundai Avante” markalı minik avtomobili yolun kənarına aşıb.

Qəza nəticəsində avtomobildə olan Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Ağayeva Almagül Həsənağa qızı və Biləsuvar rayon sakini, 1981-ci il təvəllüdlü Ağayeva Nailə Böyükağa qızı xəsarət alıblar.

Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qeyd edək ki, xəsarət alan şəxslər ana və qızıdır.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Skat.az - Ev və Avtomobil elanları