Qəbələ rayonunda yanğın hadisəsi baş verib.
Yurd.Media xəbər verir ki, hadisə rayonun Tüntül kəndində qeydə alınıb.
Belə ki, birmərtəbəli fərdi yaşayış evində qəfil yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.
Hadisə nəticəsində birmərtəbəli fərdi yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb.
Faktla bağlı araşdırma aparılır.