Biləsuvarda 35 yaşlı kişi anasının qəbri yaxınlığında intihar edib.
Yurd.Media-nın məlumatına görə, rayonun Xırmandalı kənd qəbristanlığında 1991-ci il təvəllüdlü M.Mirzəyevin meyti tapılıb.
Anasının qəbri yaxınlığında meyti tapılan şəxsin özünü asaraq intihar etdiyi məlum olub.
Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda araşdırma aparılır.