SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Göygöldə müəmmalı ölüm: Bələdiyyənin mühasibi bazar günü iş otağında öldü

Göygöldə müəmmalı ölüm: Bələdiyyənin mühasibi bazar günü iş otağında öldü

  • 02 noyabr 2026, 00:06
Göygöl

Göygöl rayonunda müəmmalı ölüm hadisəsi baş verib.

Yurd.media xəbər verir ki, Göygöl rayon sakini, 1963-cü il təvəllüdlü Orucov Sovda Əsəd oğlunun meyti mühasibi olduğu Çaykənd Bələdiyyə binasında aşkarlanıb.

Mərhum bazar günü olmasına baxmayaraq hələ ki, bilinməyən səbəbdən iş yerinə gedib. Axşamüstü bələdiyyə binasının işıqlarının yandığını görən digər bələdiyyə işçiləri binaya daxil olduqda onun öldüyünü görüblər. Məsələ ilə bağlı polisə və təcili tibbi yardıma məlumat veriblər.

Meyit tibbi ekspertizaya aparılıb. Mərhumun üzərində gözlə görünən zorakılıq əlamətləri aşkarlanmayıb.

Qeyd edək ki, O, 20 il Çaykənd Bələdiyyəsinin mühasibi çalışırmış.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

Skat.az - Ev və Avtomobil elanları