Astara rayonunun Vaqo kəndində sürüşmə baş verib.
Yurd.Media xəbər verir ki, hadisə gecə saatlarında rayonun Vaqo kəndində Pensərçay axınının sol istiqatində qeydə alınıb.
Belə ki, əsası 1988-ci illərdə qoyulan bus bəndlər, rayonda yağan aramsız yağışlar nəticəsində su sərfi artıb və bəndlərin dib yamaçı yuyulub. Nəticədə 16 ədəd, ümumilikdə 20 metr uzunluqda torpaq qatı çaya aşıb. Həmçinin bəzi vətəndaşların məhəllə arası istifadə etdiyi yolun kənar hissəsi də uçmuşdur.
Hazırda əraziyə Astara Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin mütəxəsisləri və texnikaları cəlb edilib. Bus bəndlərin cari təmiri işlərinə başlanılıb.

