SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Naxçıvanda iki “Mercedesin toqquşması ilə ağır qəza

Naxçıvanda iki “Mercedes"in toqquşması ilə ağır qəza

  • 25 oktyabr 2026, 22:12
Naxçıvan

Naxçıvanda ağır yol qəzası olub.

Yurd.Media “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Naxçıvan-Şahbuz magistralının Babək rayonunun Vayxır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Xəsarət alanlar 2004-cü il təvəllüdlü Sevinc Hacıyeva, 1985-ci il təvəllüdlü Gülnar Hacıyeva, 1986-cı il təvəllüdlü Gülay Abbasova, 1982-ci il təvəllüdlü Namiq Hacıyev, 2017-ci il təvəllüdlü İsa Nağıyev və 2003-cü il təvəllüdlü Cəmil Nağıyev Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Skat.az - Ev və Avtomobil elanları