SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Razi Əliyevanı döyən şəxsə HÖKM OXUNUB

Razi Əliyevanı döyən şəxsə HÖKM OXUNUB

  • 27 oktyabr 2026, 14:38

Model Raziyyat (Razi) Əliyevaya xəsarətlərlər yetirən şəxs məhkəmə qarşısına çıxarılıb.

Yurd.Media xəbər verir ki, modelyer sevgilisini döyərək xəsarət yetirməkdə təqsirləndirilən iş adamı Ziya Hüseynzadənin cinayət işinin məhkəməsi yekunlaşdı.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə müdafiə çıxışları bitdikdən sonra hökm elan edib.

Məhkəmənin hökmü ilə Ziya Hüseynzadə barəsində tövsif edilmiş Cinayət Məcəlləsinin (CM) 182 (hədə-qorxu ilə tələb etmə), 177 (oğurluq), 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələr təsdiqini tapmadığı üçün ona bəraət verilib. CM-nin 221 (xuliqanlıq) və 134-cü (öldürməklə və sağlamlığıa ağır zərər vurmaqla hədələmə) maddəsinin cəzaçəkmə müddəti bitdiyi üçün ona cəza təyin olunmayıb. Ziya Hüseynzadə CM-nin 133 (əzab vermə) və 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib.

Yekun olaraq Ziya Hüseynzadə barəsində hazırda digər cinayət işi ilə bağlı mövcud olan 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası da üzərinə gələrək ümümilikdə 9 il 6 ay azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror təqsirləndirilənə 8 il 6:ay azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.

İttihamda qeyd olunur ki, model Raziyyat (Razi) Əliyevanın üzərindəki xəsarətlərlə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılarkən həmin hadisənin 2021-ci il mayın 26-da baş verdiyi müəyyənləşdirilib.İddia olunub ki, Ziya Hüseynzadə Razi Əliyevanın Lökbatan qəsəbəsində anasına məxsus mənzilində nalayiq ifadələr səsləndirib, zor tətbiq edərək, giriş qapısını zədələyib.

2017-ci ildə Azərbaycan gözəli seçilmiş model Razi Əliyeva iddia edir ki, sevgilisi olmuş Ziya Hüseynzadə ona və ailəsinə qarşı zorakı hərəkətlər edib, onların ünvanına təhqir və təhdid xarakterli ifadələr səsləndirib.

Ziya Hüseynzadənin cinayət işi üzrə zərərçəkmiş qismində Raziyyat Əliyeva, Xadijat Əliyeva, Gülnar İsayeva zərərçəkmiş qismində tanınıblar.

Onu da qeyd edək ki, Ziya Hüseynzadə əvvəllər biznes fəaliyyəti ilə məşğul olub. O, “PKF Audit Azerbaijan” MMC-yə rəhbərlik edir.

Skat.az - Ev və Avtomobil elanları