Göygöldə yük maşını tunelin divarına çırpılıb.
Yurd.Media-nın məlumatına görə, hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun Toğanalı kənd ərazisindən keçən hissəsində baş verib.
"Hovo" markalı yük maşının divara çırpılması nəticəsində sürücü, Göyçay rayon sakini, 1968-ci il təvəllüdlü Əhliman Qəfərov aldığı xəsarətlərdən dünyasını dəyişib.
Qeyd edək ki, qəzaya sürücünün sükan arxasında yatması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
