SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
QAZ-31 və Mercedes toqquşdu - 5 nəfər xəsarət aldı

"QAZ-31" və "Mercedes" toqquşdu - 5 nəfər xəsarət aldı

  • 31 oktyabr 2026, 17:44
Gəncə

Gəncədə avtomobillər toqquşub. 

Yurd.Media-nın məlumatına görə, şəhər ərazisində "QAZ-3110" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Zərərçəkənlər 1985-ci il təvəllüdlü S.Abuzərova, 1987-ci il təvəllüdlü Ü.Poladova, 1979-cu il təvəllüdlü R.Babayev, 2003-cü il təvəllüdlü Ə.İmanov və 1977-ci il təvəllüdlü S.Pənahova xəstəxanaya yerləşdiriliblər.

Onların vəziyyəti kafi və qənaətbəxş hesab olunur.

Faktla bağlı araşdırma aparılır.

Skat.az - Ev və Avtomobil elanları