SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Bakıda ət kombinatında YANĞIN - VİDEO

Bakıda ət kombinatında YANĞIN - VİDEO

  • 01 noyabr 2026, 10:09
Bakı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Davud Aslan küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Yurd.Media-ya bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində fəaliyyət göstərməyən ət kombinatının ərazisində plastik və taxta materiallar yığılmış sahədə baş vermiş yanğın genişlənərək böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 1 800 kv.m. sahəyə yığılmış plastik və taxta materiallar 500 kv.m. sahədə yanıb.

Materialların qalan hissəsi yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.

Bakıda ət kombinatında YANĞIN - VİDEO
Skat.az - Ev və Avtomobil elanları