SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
İmişlidə ağır yol qəzası olub, iki nəfər ölüb

İmişlidə ağır yol qəzası olub, iki nəfər ölüb

  • 09 noyabr 2026, 16:09
İmişli

İmişlidə ağır yol qəzası olub.

Yurd.Media-nın məlumatına görə, hadisə İmişli-Kürdəmir avtomobil yolunun İmişli rayonunun Allahmədədli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “KİA” markalı avtomobil “DAF” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində, Füzuli rayon sakinləri - 1988-ci il təvəllüdlü Həsən Həsənov və 1980-ci il təvəllüdlü Gülrəng Əliyeva hadisə yerində ölüb. Xəsarət alan 1981-ci il təvəllüdlü Mənsur Rzayev isə xəstəxanaya yerəşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Skat.az - Ev və Avtomobil elanları