Gəncədə avtomobillər toqquşub.
Yurd.Media-nın məlumatına görə, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb:
1981-ci il təvəllüdlü E. Əsədullayev, 1989-cu il təvəllüdlü A. Hüseynova, 2018-ci il təvəllüdlü A. Əsədullayeva, 2020-ci il təvəllüdlü C. Əsədullayeva, 2024-cü il təvəllüdlü A. Əsədullayeva və 1996-cı il təvəllüdlü E. Hümbətov.
Hadisə yerinə Təcili tibbi yardım biriqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Qəzanın dəqiq təfərrüatları və xəsarət alanın kimliyi hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.