SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Həyətdə 3 ton ot belə yandı - VİDEO

Həyətdə 3 ton ot belə yandı - VİDEO

  • 15 noyabr 2026, 17:17
Qazax

Qazax rayonunun Aslanbəyli kəndində fərdi yaşayış evinin həyətyanı sahəsində baş verən yanğın nəticəsində 3 ton ot bağlaması yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Yurd.Media-ya bildirilib ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ot bağlamaları yığılmış sahədə baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Hadisə zamanı ümumilikdə 13 ton ot bağlamasının 3 tonu yanıb, böyük hissəsi isə yanğından mühafizə olunub.

Həyətdə 3 ton ot belə yandı - VİDEO
Skat.az - Ev və Avtomobil elanları