SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Tovuzda kafedə çalışan hamilə qadın qardaşı tərəfindən bıçaqlanıb

Tovuzda kafedə çalışan hamilə qadın qardaşı tərəfindən bıçaqlanıb

  • 13 noyabr 2026, 23:59
Tovuz

Tovuzda kafedə çalışan hamilə qadın qardaşı tərəfindən bıçaqlanıb.

Yurd.Media-nın məlumatına görə, hadisə Tovuz rayon Qovlar şəhərində fəaliyyət göstərən kafelərin birində qeydə alınıb. 

Belə ki, 2002-ci il təvəllüdlü Səbinə Rəşad qızı Məmmədli çalışdığı kafedə bıçaqlanıb  

Hadisə şahidlərinin sözlərinə görə, qadının qardaşı kafeyə gələrək ona "sən mənim başımı yerə soxubsan" deyərək kafenin mətbəxti tərəfdə S.Məmmədlini bıçaqlayıb. Bunu görən digər kafe işçiləri araya girərək qadını yaralı halda ordan uzaqlaşdırıb və daha sonra polisə və təcili tibbi yardıma məlumat veriblər.

Qeyd edək ki, zərərçəkən Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və cərrahiyyə əməliyyatına alınıb. Cərrahiyyə əməliyyatı başa çatdıqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. Qadının hamilə olduğu da bildirilir. 

Xatırladaq ki, hadisəni törətməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü Ərşad Rəşad oğlu Məmmədli polis əməkdaşları tərəfindən saxlanılıb. 

Faktla bağlı araşdırma davam etdirilir.

Skat.az - Ev və Avtomobil elanları