Beyləqanda avtomobil su kanalına aşıb.
Yurd.Media-nın məlumatına görə, hadisə Beyləqan rayon Dünyamalılar kəndində qeydə alınıb.
"Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı su arxına aşması nəticəsində Qalib Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.