Samuxda ölümlə nəticələnən avtomobil qəzası olub.
Yurd.Media-nın məlumatına görə, rayonun Qədili kənd ərazisində "Chevrolet Niva" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində, Daşkəsən rayon Alaxançallı kənd sakinləri,1994-cü il təvəllüdlü İlyas Aslanov aldığı xəsarətdən dünyasını dəyişib.
Avtomobildə olan digəri onun həmyerlisi 1981-ci il təvəllüdlü Əziz Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.