SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Məktəblilərin həyatına risk yaradan avtoxuliqan - VİDEO

Məktəblilərin həyatına risk yaradan avtoxuliqan - VİDEO

  • 16 noyabr 2026, 18:26
Biləsuvar

Məktəbin qarşısında təhlükəli manevrlərlə avtoxuliqanlıq edən şəxs həbs edilib.

Yurd.Media xəbər verir ki, Biləsuvarda dövlət yol polisi əməkdaşlarının keçirdikləri tədbir zamanı rayon ərazisindəki ümumtəhsil məktəblərindən birinin qarşısında avtoxuliqanlıq hərəkətləri edən sürücü Q.Aslanov saxlanılıb. 

O, idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçılarının, o cümlədən həmin vaxt məktəbin giriş qapısının önündə dayanmış məktəblilərin həyat və sağlamlığına təhlükə yaradıb.

Sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Q.Aslanov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla inzibati qaydada həbs edilib.

Skat.az - Ev və Avtomobil elanları