"Alyans" Vəkil Bürosunun rəhbəri, vəkil Orxan Kəngərli saxlanılıb.
Yurd.Media xəbər verir ki, vəkil narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunur.
Onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün bu gün məhkəməyə çıxarılacağı gözlənilir.
Qeyd edək ki, Vəkillər Kollegiyası ötən gün bəzi vəkillərin saxlanılmasına dair mediada yayılan xəbərlərə münasibət bildirib. Kollegiya belə məlumatların yayılması zamanı təqsirsizlik prezumpsiyasına və şəxsin konstitusion hüquqlarına riayət olunmasının vacibliyini vurğulayıb.