SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak

Səbail rayonu

Səbail rayonu Bakı şəhərinin Xəzər dənizi sahili boyu yerləşən mərkəzi rayonu. Paytaxtın Nəsimi, Yasamal, Qaradağ rayonları ilə həmsərhəddir.

Səbail rayonu Bakı şəhərinin ən qədim yaşayış məskəni olsa da, ötən əsrin 20-ci illərindən inzibati ərazi vahidi kimi formalaşmışdır. Rayon əvvəlcə "Bayıl Bibi-Heybət", 1931-ci ildən "Stalin", 1960-cı ildən isə "26 Bakı Komissarları" adını daşımış və 29 aprel 1992-ci ildən Səbail rayonu adlandırılmışdır. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli 112 saylı Qərarı ilə Bakı şəhərinin 26 Bakı komissarı rayonu Səbail rayonu adlandırılmışdır.[2]

Səbail — Bakı buxtasında, sahildən təqribən 350 m cənub-qərbdə yerləşmiş tarixi-memarlıq abidəsinin adıdır. Uzunluğu 140, eni 35 m-dir. 3 dairəvi və 12 yarımdairəvi bürcü olan daş divarla (eni 1,2–2 m) əhatələnmişdir. Arxeoloji tədqiqatlar zamanı Səbaildən üzərində ərəb dilində kitabə, insan, quş və heyvan təsviri olan 700-dək daş, habelə Şirvanşah Gerşasbın (1203/04–1224-cü illər) adından kəsilmiş mis pul, bina qalıqları, gil qablar, dəndaşı, daş pərsəng, bıçaq tiyəsi, mismar və s. tapılmışdır. Kitabələrdə Quran ayələri, 1234/35-ci il tarixi, müxtəlif şəhərlərin, sənətkarların və Şirvanşahların adları yazılmışdır.

Xalq arasında "Sualtı şəhər", "Bayıl daşları", "Şəhri-Yunan", "Karvansara", "Bayıl qəsri" və s. adlanan Səbail təqribən XIII əsrin əvvəllərində tikilmiş, XIV əsrin əvvəllərində isə tektonik dəyişikliklər nəticəsində Xəzərin suları altında qalmışdır. Sonralar suyun səviyyəsi tədricən aşağı enmiş və 1723-cü ildə abidə yenidən görünməyə başlamışdır. Ehtimal ki, Səbail müdafiə qalası və gömrükxana (bəzi alimlərin fikrincə ibadətxana) olmuşdur.

Səbail rayonunu, mübaliğə etmədən, tarix və memarlıq abidələrinin əsl xəzinəsi adlandırmaq olar. Rayonun ərazisində antik dövrə və orta əsrlərə aid abidələr mövcuddur. İçərişəhər Azərbaycanda mövcud olan və YUNESKO tərəfindən dünya mədəniyyət irsinin inciləri sırasına daxil edilmiş tarixi abidələrindən ən möhtəşəmidir. İçərişəhərin min ildən çox yaşı var. Onun başlıca abidəsi — dəbdəbəsi və möhtəşəmliyi ilə insanı heyran qoyan və dövlət tarixi-memarlıq muzey-qoruğu olan Şirvanşahlar sarayı ansamblıdır.

Bünövrəsində divarlarının qalınlığı 5 metr, hündürlüyü 28 metr olan səkkiz yaruslu monumental tikili — Qız Qalası Səbail rayonunun rəmzidir.

Azərbaycan Respublikasının əsas idarəetmə orqanları Prezident Sarayı, Milli Məclis, Nazirlər Kabineti, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Konstitusiya Məhkəməsi, Bakı şəhər İcra Hakimiyyəti, Milli Təhlükəsizlik Nazirliyi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, bir çox nazirliklərin, idarələrin yerləşdiyi Hökumət Evi və s. idarələr Səbail rayonu ərazisində yerləşir. Bakılıların və şəhər qonaqlarının əsas ziyarət yerləri olan "Şəhidlər Xiyabanı" və "Fəxri Xiyaban", Heydər Əliyev Fondu, habelə bir çox istirahət və gəzinti obyektləri, o cümlədən "Fəvvarələr Meydanı", Nizami küçəsi (keçmiş "Torqovaya"), Dənizkənarı Bulvar, Azadlıq Meydanı da Səbail rayonunda yerləşir.

Rayon ərazisində:

Təhsil müəssisələri: 18 ümumtəhsil məktəbi, 7 ali təhsil məktəbi;

Səhiyyə müəssisələri: 23 səhiyyə müəssisəsi;

Park və bağlar: 4 park və 8 bağ yerləşir.

Mədəniyyəti
Rayondakı mədəniyyət ocaqları bunlardır:

15 teatr;
2 kinoteatr;
7 kitabxana;
15 muzey;
5 mədəniyyət evi.

Bakıda 2026-cı ildə yeni tikililərin bahalaşma tempi - SİYAHI
Bakı
10.03.2026 09:10
Bakıda 2026-cı ildə yeni tikililərin bahalaşma tempi - SİYAHI
DTX-dən ƏMƏLİYYAT: SEPAH-ın Azərbaycanda terror törətmək cəhdlərinin qarşısı alındı
Ölkə
06.03.2026 22:25
DTX-dən ƏMƏLİYYAT: SEPAH-ın Azərbaycanda terror törətmək cəhdlərinin qarşısı alındı
“Bərpaçı” müəmması: Arxiv tozuna qarışan ömürlər - FOTOREPORTAJ
Bakı
06.03.2026 11:31
“Bərpaçı” müəmması: Arxiv tozuna qarışan ömürlər - FOTOREPORTAJ
FHN “Fəvvarələr meydanı”nda təlimi keçirdi - VİDEO
Bakı
28.02.2026 15:03
FHN “Fəvvarələr meydanı”nda təlimi keçirdi - VİDEO
Milyonluq qaçaqmalçılıqda adı keçən şirkətə daha bir CƏRİMƏ
Biznes
24.02.2026 10:29
Milyonluq qaçaqmalçılıqda adı keçən şirkətə daha bir CƏRİMƏ
Bakının mərkəzində YANĞIN: Yaşlı qadın hospitalizasiya olundu - VİDEO
Bakı
17.02.2026 14:04
Bakının mərkəzində YANĞIN: Yaşlı qadın hospitalizasiya olundu - VİDEO
Azərbaycan Beynəlxalq Bankı və Kapital Banka yeni səlahiyyət verilib
Maliyyə
16.02.2026 11:23
"Azərbaycan Beynəlxalq Bankı" və "Kapital Bank"a yeni səlahiyyət verilib
Bakıda şirniyyat mağazasında YANĞIN - VİDEO
Bakı
08.02.2026 12:11
Bakıda şirniyyat mağazasında YANĞIN - VİDEO
Bakıda 3 otaqlı evdə yanğın
Bakı
01.02.2026 20:59
Bakıda 3 otaqlı evdə yanğın
Bakıda kişi restoranın tualetində qadını döyüb
Bakı
24.01.2026 23:37
Bakıda kişi restoranın tualetində qadını döyüb
Bakıda icra başçısı dairə üzrə nümayəndələri dəyişdi
Bakı
23.01.2026 18:27
Bakıda icra başçısı dairə üzrə nümayəndələri dəyişdi
Bakıda yeni tikili mənzillərin bütün rayonlar üzrə QİYMƏTİ - CƏDVƏL
Bakı
22.01.2026 13:36
Bakıda yeni tikili mənzillərin bütün rayonlar üzrə QİYMƏTİ - CƏDVƏL
Bakının bu ərazilərində obyektlər kəskin bahalaşdı - QİYMƏT CƏDVƏLİ
Bakı
21.01.2026 14:42
Bakının bu ərazilərində obyektlər kəskin bahalaşdı - QİYMƏT CƏDVƏLİ
Çin avtomobillərinin Bakıdakı distribyutorunun borcu üzə çıxıb
Biznes
19.01.2026 16:38
Çin avtomobillərinin Bakıdakı distribyutorunun borcu üzə çıxıb
Bu il Bakıda köhnə tikili mənzillər nə qədər bahalaşacaq? - ARAŞDIRMA
Bakı
19.01.2026 13:58
Bu il Bakıda köhnə tikili mənzillər nə qədər bahalaşacaq? - ARAŞDIRMA
Bakıda dönərxanada YANĞIN - VİDEO
Bakı
18.01.2026 22:13
Bakıda dönərxanada YANĞIN - VİDEO
Eldar Mahmudova bağlı olan MMC loqistika şirkətindən 42 min manat tələb edir
Hadisə
16.01.2026 11:57
Eldar Mahmudova bağlı olan MMC loqistika şirkətindən 42 min manat tələb edir
Bakıda 5 min manatdan çox pul verdiyi saatlar saxta çıxdı
Bakı
14.01.2026 19:58
Bakıda 5 min manatdan çox pul verdiyi saatlar saxta çıxdı
Bakıda fərdi yaşayış evlərinin ən çox bahalaşdığı rayonlar - QİYMƏT CƏDVƏLİ
Bakı
13.01.2026 12:04
Bakıda fərdi yaşayış evlərinin ən çox bahalaşdığı rayonlar - QİYMƏT CƏDVƏLİ
Bakının rayonlarında torpaq sahəsi KƏSKİN BAHALAŞIB - QİYMƏT CƏDVƏLİ
Bakı
08.01.2026 09:04
Bakının rayonlarında torpaq sahəsi KƏSKİN BAHALAŞIB - QİYMƏT CƏDVƏLİ
Bayram günü restoran administratoru bıçaqlanaraq öldürülüb - FOTO
Bakı
01.01.2026 22:34
Bayram günü restoran administratoru bıçaqlanaraq öldürülüb - FOTO
Tarixi abidədə artırma işinin qarşısı alındı
Bakı
19.12.2025 23:06
Tarixi abidədə artırma işinin qarşısı alındı
Tamstore”də endirimə qoyulan içki ikiqat baha satılıb - CƏRİMƏ YAZILDI
Ölkə
19.12.2025 09:34
"Tamstore”də endirimə qoyulan içki ikiqat baha satılıb - CƏRİMƏ YAZILDI
Bakıda tarixi binanın eyvanı uçub qadının üzərinə düşdü
Hadisə
10.12.2025 12:55
Bakıda tarixi binanın eyvanı uçub qadının üzərinə düşdü
Bakıda məşhur mağazadakı kərə yağlarının tərkibindən bitki yağı çıxdı - FOTO
Kənd təsərrüfatı
04.12.2025 17:23
Bakıda məşhur mağazadakı kərə yağlarının tərkibindən bitki yağı çıxdı - FOTO
Bakıda avtoşluq edən iş adamı həbs olundu
Kriminal
29.11.2025 20:07
Bakıda avtoşluq edən iş adamı həbs olundu
Bakıda lombarddan 100-dən çox şəxsin qızılı oğurlandı - VİDEO
Kriminal
15.11.2025 20:19
Bakıda lombarddan 100-dən çox şəxsin qızılı oğurlandı - VİDEO