SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
İcbari Sığorta Bürosu adam öldürən şəxsə görə ödədiyi pulu məhkəmə ilə alır

İcbari Sığorta Bürosu adam öldürən şəxsə görə ödədiyi pulu məhkəmə ilə alır

  • 10 iyul 2026, 12:18

“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı məhkəmədə iddia qaldırıb. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, İttifaq “subroqasiya hüququ əsasında pul tələbi” barədə iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək Hacıkərimov Sabir Vəlibəyoviçdən 8000 manat sığorta ödənişinin məbləği və 101 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edib. 

İddia tələbi onunla əsaslandırılıb ki, cavabdeh 11 may 2014-cü ildə Səbail rayonu, Salyanyolu 32 ilə “Bayıl bazarından” 20-ci sahə istiqamətində hərəkətdə olarkən, idarə etdiyi “HYUNDAI GRANDEUR” markalı nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində bir nəfərin ölümünə, iki nəfərin isə ağır dərəcəli xəsarətlər almasına səbəb olub. 

Baş vermiş hadisə Səbail Rayon Məhkəməsinin 2014-cü il tarixli hökmü ilə təsdiq olunub. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Səbail Rayon Məhkəməsinin hökmündə müəyyən edilib ki, Hacıkərimov Sabir Vəlibəyoviç oğlu Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir və buna görə də 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. 

Sözügedən yol nəqliyyat hadisəsi nəticəsində mərhumun ailə üzvləri 2025-ci il tarixli ərizələri ilə “İcbari Sığorta Bürosu”na müraciət edərək hadisənin baş verməsində iştirak edən avtomobilin icbari sığortası olmadığından “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 32 və 33-cü maddələrinə əsasən kompensasiya ödənişinin verilməsini tələb ediblər. 

Qeyd edilən tarixlərdə “İcbari Sığorta Bürosu” edilən müraciətlərə əsasən aparılan araşdırmalar nəticəsində baş verən yol-nəqliyyat hadisəsi üzrə ümumilikdə 8000 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib. 

Büro tərəfindən 2026-cı ildə cavabdehdən Hacıkərimov Sabir Vəlibəyoviç oğluna pretenziya məktubu göndərilib, onun əvəzindən ödənilmiş 8000 manat kompensasiya ödənişinin könüllü qaydada ödənilməsi tələb edilib.

Məhkəmə iddia tələbini təmin edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları