SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Azərbaycanda cəmi 7 İkinci Dünya müharibəsi iştirakçısı qaldı

Azərbaycanda cəmi 7 İkinci Dünya müharibəsi iştirakçısı qaldı

  • 28 noyabr 2026, 13:13
Cəlilabad

Cəlilabad rayonunun ən yaşlı sakinlərindən biri, İkinci Dünya müharibəsinin sonuncu iştirakçısı Əbiş Zamanov vəfat edib.

Yurd.Media xəbər verir ki, 103 yaşlı veteran doğulduğu torpaqda dünyasını dəyişib.

1923-cü ildə rayonun Astanlı kəndində dünyaya gələn Əbiş Zamanov 1942-ci ildə müharibəyə yollanıb.

O doğulduğu kənddə dəfn ediləcək.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin son məlumatəna görə, Azərbaycanda 1941-1945-ci illər müharibəsi iştirakçıların sayı 8 nəfər idi. Həmin şəxslərə ayda 330 manat Prezident təqaüdü verilir.

İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında 600 mindən çox azərbaycanlı iştirak edib. Onların yarısı – 300 min nəfəri müharibədə həlak olub. 300 min azərbaycanlı isə müharibədən sağ qayıdıb.

Əbiş ZamanovƏbiş Zamanov

Skat.az - Ev və Avtomobil elanları