Bakıda gənclər arasında kütləvi davada üç nəfər bıçaqlanıb.
Yurd.Media xəbər verir ki, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yerləşən restoranlardan birində baş verib.
Belə ki, bir qrup gənc restoranda mübahisə ediblər. Mübahisə zəmnində üç nəfər - Sabit Həşimov, Nural Bünyadlı və onları aralamaq istəyən daha bir nəfər bıçaqlanıblar.
Onlardan biri - 20 yaşlı Sabit Həşimov hadisə yerində ölüb.
Hadisə zamanı bıçaq yarası alan şəxslər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.