SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Modern Construction Group yavaş-yavaş “aradan çıxır”

"Modern Construction Group" yavaş-yavaş “aradan çıxır”

  • 27 noyabr 2026, 11:53

"Modern Construction Group" MMC nizamnamə kapitalını növbəti dəfə azaltdığını elan edib. 

Yurd.Media xəbər verir ki, şirkət bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində məlumat verib. 

Məlumata görə, kommersiya qurumunun kapitalı 1 880 000 manatdan 310 000 manata endiriləcək. 

Xatırladaq ki, bundan əvvəl "Modern Construction Group" nizamnamə kapitalını 4 679 000 manatdan 3 040 000 manata, ardınca 2 780 000 manata, daha sonra isə indiki səviyyəyə endirib.

Skat.az - Ev və Avtomobil elanları