SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Məhkəmə hesabat verməyən ictimai birliyi cərimələdi

Məhkəmə hesabat verməyən ictimai birliyi cərimələdi

  • 26 noyabr 2026, 17:53

“Elmi Biliklərin İnkişafına Kömək” İctimai Birliyində qanun pozuntusu aşkar edilib. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsi tərəfindən “Elmi Biliklərin İnkişafına Kömək” İctimai Birliyində maliyyə pozuntusu müəyyən edilib. 

Məlum olub ki, İctimai Birlik 2025-ci il üzrə maliyyə hesabatlarını Maliyyə Nazirliyinə təqdim etməyib. 

Nəticədə “Elmi Biliklərin İnkişafına Kömək” İctimai Birliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə protokol tərtib edilib. 

Səbail Rayon Məhkəməsinin qərarı ilə “Elmi Biliklərin İnkişafına Kömək” İctimai Birliyi 1500 manat məbləğində inzibati cərimə edilib.

Qərarın icrası Bakı şəhəri Səbail rayon İcra Şöbəsinə həvalə edilib.

Qeyd edək ki, İctimai Birliyin sədri Ülviyyə Voroşil qızı Xudiyevadır.

Skat.az - Ev və Avtomobil elanları