Dövlət Gömrük Komitəsi bu ilin yanvar-oktyabr aylarının yekunları ilə bağlı xarici ticarət göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, 10 ayda Azərbaycan xarici ölkələrlə 43,2 milyard ABŞ dolları dəyərində ticarət edib.
Bunun 27,9 milyard dolları ixracın, 15,3 milyard dolları isə idxalın payına düşüb.
Ötən ilin eyni dövrü ilə müqayisədə ümumi dövriyyə 5,7%, o cümlədən ixrac 29,05% artıb, idxal isə 20,6% azalıb.