SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
“Səba”ya qoşulması gündəmdə olan şirkətin vergi borcu 290 min manat artıb

“Səba”ya qoşulması gündəmdə olan şirkətin vergi borcu 290 min manat artıb

  • 25 noyabr 2026, 21:22

Süd məhsulları istehsalı ilə məşğul olan “Biləsuvar Aqro” MMC-nin dövlətə borcu artıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin vergi borcu 728,7 min manat təşkil edir. Belə ki, bu ay ərzində şirkətin borcu 290 min manat və ya 66% artıb.

2006-cı ildən fəaliyyət göstərən “Biləsuvar Aqro” MMC nizamnamə kapitalı 2 min manatdır. Qanuni təmsilçisi Vüqar Mirzəyevdir.

2025-ci ilin oktyabrında “Biləsuvar Aqro” MMC-nin “Səba” ASC-yə qoşulması məsələsinin səhmdarların ümumi yığıncağında müzakirəyə çıxarılacağı elan edilib.

2022-ci ildə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şirkətə məxsus süd məhsulları istehsalı müəssisəsində keçirdiyi yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb. Müəssisədə baytarlıq sənədləri olmayan süd xammalı, istehsal tarixi düzgün göstərilməyən 3 ton kərə yağı və istifadə müddəti bitmiş maya məhsulları müəyyən edilib.

Aşkarlanan nöqsanlarla bağlı sahibkar inzibati məsuliyyətə cəlb olunub.

Skat.az - Ev və Avtomobil elanları