Sənaye və Mülki Tikinti Servisi “SMTS” MMC baş podratçı inşaat şirkətinə yeni təyinat baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Xəlil Cabbarov tikinti şirkəti olan “SMTS” MMC-də əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühit departamentinin rəhbəri vəzifəsinə təyin olunub.
O, 2024-cü ilin iyulundan yeni təyinatadək Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyində departament rəhbəri vəzifəsində çalışıb.
Agentlikdə Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsinə rəhbərlik edib.
X.Cabbarov daha əvvəllər "PMD Projects"də, "North West Construction" şirkətində, "Azersun Holding"də və "Baku Shipyard"da çalışıb.
Xəlil Cabbarov