“Pandora Nəşriyyatı” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) fəaliyyətini dayandırıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, 2025-ci ilin may ayında dövlət qeydiyyatına alınan nəşriyyat bu ay işini dondurub.
Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Tahir Quliyev olub.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi 2025-ci ildə “Nəşrlərin satın alınması müsabiqəsi” çərçivəsində “Pandora” nəşriyyatından 5 245 manat dəyərində 600 nüsxə kitab alıb.