Goranboyda sürüşmə nəticəsində 1000-dən çox insanın suyu kəsilib.
Yurd.Media-nın məlumatına görə, Goranboy rayon Yuxarı Ağcakənd kəndində torpaq sürüşməsi olub.
Hadisə nəticəsində ərazidən keçən diametri 219 millimetr olan magistral su borusu zədələnib və 1100 abunetin su təchizatı dayanıb.
Əraziyə aidiyyəti qurumların əməkdaşları və texnika cəlb olunub və yaranmış problem aradan qaldırılıb.