SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Şərbət göldə qanunsuz balıq tutanlar aşkarlandı

"Şərbət göl"də qanunsuz balıq tutanlar aşkarlandı

  • 23 noyabr 2026, 15:34

Mil-Muğan kollektorunda qanunsuz balıq tutanlar aşkar olundu.

Yurd.Media xəbər verir ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ekoloji cinayətlərin qarşısının alınması istiqamətində profilaktik tədbirlər davam etdirilir.

Su Polisi və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları tərəfindən birgə keçirilən tədbir zamanı "Şərbət göl"də qanunsuz balıq ovu ilə məşğul olan M.Məmmədov və Y.Alıyev saxlanılıblar.

Həmin şəxslərdən müxtəlif növ qadağan olunan ov alətləri, eləcə də qanunsuz olaraq ovlanan balıqlar aşkarlanıb. 

Araşdırma aparılır.

Skat.az - Ev və Avtomobil elanları