Azərbaycan Hava Yolları QSC-də (AZAL) yeni təyinat baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, müvafiq əmrlə Rüfət Məlikov tərəfdaşlıqlar üzrə rəhbər vəzifəsinə təyin olunub.
O, bundan əvvəl 2026-cı ilin iyulundan noyabrınadək “Bir ecosystem”də tərəfdaşlığın inkişafı üzrə menecer vəzifəsində çalışıb.
Daha əvvəl isə "PAŞA Holdinq"də, “Azercell Telekom”da çalışıb.
