SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Unibankın Daşkəsəndəki problemli kreditləri məhkəməyə çıxdı

"Unibank"ın Daşkəsəndəki problemli kreditləri məhkəməyə çıxdı

  • 23 noyabr 2026, 10:02
Daşkəsən

“Unibank Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti (ASC) kredit borcuna görə məhkəməyə müraciət edib. 

📂Yurd.Media-nın əldə etdiyi məlumata görə, Daşkəsən Rayon Məhkəməsinə müraciət edən “Unibank" cavabdehdən 1347 manat əsas borc, 151 manat faiz, 34 manat cərimə borcu olmaqla, cəmi 1532 manat borcun, 0.40 manat xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 35 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul çıxarılması xahiş edilib. 

İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı bank tərəfindən cavabdehə istehlak məqsədləri üçün 2023-cü ildə illik 22 faiz ödəmək şərti ilə 3200 manat məbləğində kredit xətti açılıb. 

Lakin cavabdeh мüqavilənin şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməyib. 

Məhkəmə iddia tələbini qismən təmin edib və cərimə borcunu 12 manata salıb. Nəticədə bankın müştərisindən 1509 manat borc, 0.40 manat xidmət haqqı və dövlət rüsumu olaraq ödənilmiş 35 manat tutulması barədə qətnamə çıxarılıb. 

📂Bundan başqa, “Unibank" sözügedən məhkəmədə daha bir müştərisinə qarşı iddia qaldıraraq cavabdehdən 196 manat əsas borc, 29 manat faiz, 4 manat cərimə borcu olmaqla, cəmi 229 manat borcun, 0.40 manat xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edib. 

Məhkəmə bu iddia tələbini də qismən təmin edib və cərimə borcunu silib. 

📂 Bundan əlavə bank kredit müqaviləsinin şərtlərini pozan bir cavabdehdən 4053 manat əsas borc, 73 manat faiz borcu, 14 manat cərimə borcu olmaqla, cəmi 4140 manat borcun, 0.40 manat xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 61 manat məbləğində vəsaitin tutulmasını istəyib. 

Məhkəmə bu iddia tələbini tam təmin edib. 

📂 “Unibank Kommersiya Bankı” ASC həmin rayonda digər müştərisindən 8600 manat əsas və 116 manat faiz borcu olmaqla, cəmi 8716 manat kredit borcu, 0,40 manat xidmət haqqı və ödənilmiş 107 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını istəyib. Məhkəmə bu iddia tələbini də tam təmin edib. 

Qeyd edək ki, “Unibank”ın problemli kreditlərinin həcmi durmadan artır. Bu ilin 9 ayının nəticəsinə görə bankda vaxtı keçmiş kreditlərin həcmi 55,2 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,4% artım deməkdir. Vaxtı keçmiş kreditlərin həcminə görə hazırda “Unibank” ölkə bankları arasında 6-dır.

Həmin kreditlərin bir çoxu məhkəmə çəkişməsinə səbəb olur. Misal üçün bu il Bakının Suraxanı, Xəzər , Səbail və Nizami rayonlarında, həmçinin Abşeron, İsmayıllı, Ağdam,  Şəmkir , Gədəbəy, Siyəzən və İmişli rayonlarından olan müştərilərinə qarşı “Unibank” məhkəmə iddiaları qaldırıb. Eyni məsələ ilə bağlı Şuşa Rayon Məhkəməsində də bir sıra çəkişmələr baş tutub.

Skat.az - Ev və Avtomobil elanları