SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
“Unibank” İmişlidə verdiyi krediti məhkəmə ilə yığır

“Unibank” İmişlidə verdiyi krediti məhkəmə ilə yığır

  • 08 iyun 2026, 16:26

“Unibank” Açıq Səhimdar Cəmiyyəti (ASC) daha bir müştərisinə qarşı məhkəmədə iddia qaldırıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Unibank Kommersiya Bankı” ASC Lalə Əli qızı Məmmədovaya qarşı İmişli Rayon Məhkəməsində iddia qaldıraraq 3712 manat əsas, 335 manat faiz, 4 manat cərimə borcu olmaqla, cəmi 4051 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 60 manat məbləğin tutulmasını istəyib. 

İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı “Unibank” arasında bağlanmış 24 fevral 2025-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün illik 25 faiz ödəmək şərtilə kredit verilib. 

Məhkəmə bankın iddia tələbini təmin edib.

Qeyd edək ki, “Unibank”ın problemli kreditlərinin həcmi durmadan artır. Bu ilin ilk rübündə vaxtı keçmiş kreditlərin həcmi 64,3 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,4% artım deməkdir. Vaxtı keçmiş kreditlərin həcminə görə hazırda “Unibank” ölkə bankları arasında ilk 10-luqdadır.

Həmin kreditlərin bir çoxu məhkəmə çəkişməsinə səbəb olur. Misal üçün bu il Bakının Suraxanı, Xəzər  və Səbail rayonlarında, həmçinin İsmayıllı, AğdamŞəmkirGədəbəySiyəzən rayonlarından olan müştərilərinə qarşı “Unibank” məhkəmə iddiaları qaldırıb. Eyni məsələ ilə bağlı Şuşa Rayon Məhkəməsində də bir sıra çəkişmələr baş tutub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları