İl sonu “PAŞA Həyat Sığorta” öz büdcəsini müzakirə edəcək.
Yurd.Media xəbər verir ki, dekabrın 28-də, saat 10:00-da “PAŞA Həyat Sığorta” ASC-nin inzibati binasında onun yeganə səhmdarı – “PAŞA Holdinq” MMC-nin nümayəndəsinin iştirakı ilə yığıncaq keçiriləcək.
Şirkət bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində elan verib.
Elanda deyilir ki, yığıncağın gündəliyinə “PAŞA Həyat Sığorta”nın büdcəsi və digər məsələlər daxildir.