VTB Bank-da şöbə müdiri təyin olundu.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Emin Ağayev “Bank VTB Azərbaycan”da Fraud Monitorinqi şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
O, bundan əvvəl 2025-ci ilin avqustundan 2026-cı ilin noyabrınadək bankda fraud meneceri (dələduzluq hallarının aşkarlanması və qarşısının alınması üzrə menecer) vəzifəsini tutub.
Emin Ağayev 2019-cu ilin iyunundan 2025-ci ilin avqustunadək "VTB Bank"da iqtisadi təhlükəsizlik üzrə baş mütəxəssis vəzifəsində çalışıb. O, 2007–2008-ci illərdə Heydər Əliyev Beynəlxalq Aeroportunda hüquqi tərcüməçi kimi fəaliyyət göstərib.