ABŞ-ın Nasdaq Fond Birjasının nümayəndələri Bakıda səfərdədir.
Bu barədə Yurd.Media-ya “Bakı Fond Birjası” QSC-dən bildirilib.
Məlumata görə, Birjada qonaqlarla görüş keçirilib, səhm və istiqraz bazarlarının inkişafı, brokerlərin bazarda iştirakının genişləndirilməsi, yeni maliyyə məhsullarının tətbiqi, bazar məlumatları və texnoloji bağlantı imkanları, eləcə də regional inteqrasiya perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.