SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Nazirliklərin sözü üst-üstə düşmədi – 300 min manat fərq

Nazirliklərin sözü üst-üstə düşmədi – 300 min manat fərq

  • 25 noyabr 2026, 11:57

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda dövlət əmlakının icarəyə verilməsindən dövlət büdcəsinə 48 milyon manat vəsait daxil olub. 

Bu barədə Yurd.Media-ya İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib. 

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,4% çoxdur. 

Maraqlıdır ki, Maliyyə Nazirliyi 10 ayda icarə daxilolmalarının 47,7 milyon manat (23,6% çox) olduğunu bəyan edib. Beləliklə, arada 300 min manat fərq var.

Skat.az - Ev və Avtomobil elanları