SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Azərbaycanda maliyyəçilərin orta maaşı 4%-ə yaxın azalıb

Azərbaycanda maliyyəçilərin orta maaşı 4%-ə yaxın azalıb

  • 25 noyabr 2026, 19:09

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın maliyyə sektorunda orta aylıq əmək haqqı 2918 manat təşkil edib.

Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,6% azdır. 

9 ayda maliyyəçilər dövlət sektorunda orta hesabla 3 788 manat, özəl sektorda isə 2 728 manat maaş alıblar.

Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 13,65% az və cüzi çoxdur.

Skat.az - Ev və Avtomobil elanları