"AzRe Təkrarsığorta" ASC bu ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət 9 ayda 25,8 milyon manat xalis mənfəət əldə edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,1% çoxdur.
Bu il oktyabrın əvvəlinə "AzRe Təkrarsığorta"nın aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 21,5% çox – 238,9 milyon manat təşkil edib. Şirkətin öhdəlikləri 115,1 milyon manat (23,8% çox), balans kapitalı isə 123,8 milyon manat (19,4% çox), o cümlədən nizamnamə kapitalı 50 milyon manat (dəyişməyib) olub.