AzRe Təkrarsığorta
AzRe Təkrarsığorta ASC Azərbaycanda yerləşən və təkrarsığorta fəaliyəti üçün Azərbaycan Respublikası Mərkəzi Bankından lisenziya almış təkrarsığorta şirkətidir. AzRe Təkrarsığorta şirkətinə AM Best reyting agentliyi tərəfindən BBB kredit reytinqi və B++ maliyyə stabilliyi reytinqi verilmişdir.
Ölkədə yeganə ixtisaslaşmış təkrarsığorta şirkəti olaraq AzRe Azərbaycan sığorta bazarında güclü biznes profili formalaşdırmış və təkrarsığorta haqlarının həcmi baxımından Azərbaycanın ən iri təkrarsığorta şirkətinə çevrilmişdir.
Mərkəzi və Şərqi Avropa, Müstəqil Dövlətlər Birliyi, Yaxın və Orta Şərq, Afrika, Latın Amerikası, həmçinin, Çin və Koreya bazarlarını əhatə etməklə AzRe dünyanın 50-dən çox ölkəsində fəaliyyətini
genişləndirərək qlobal bazarlarda öz mövqesini möhkəmləndirməkdədir.
Törəmə müəssisəsi olan Qala Həyat sığorta şirkəti uzun və qısa müddətli həyat sığortası, həmçinin, icbari fərdi qəza sığortası portfeli formalaşdırlmaqla Azərbaycanın ən iri həyat sığorta şirkəti sıralarındadır.
Şirkət əmlak, mühəndislik, gəmiçilik və enerji, məsuliyyət, nəqliyyat vasitələri, həmçinin, fərdi qəza və həyat sığortası məhsulları üzrə həm mütənasib, həm də qeyri mütənasib qaydada fakultativ və oblqator təkrarsığorta həlləri təklif edir.