SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Dövlət bankının vaxtı keçmiş kreditləri 75%-dən çox artıb - DİAQRAM

Dövlət bankının vaxtı keçmiş kreditləri 75%-dən çox artıb - DİAQRAM

  • 23 yanvar 2026, 13:41

Bu il yanvarın 1-nə “Azər-Türk Bank” ASC-nin 26,2 milyon manat vaxtı keçmiş krediti olub.

Yurd.Media xəbər verir ki, bu barədə Bankın illik maliyyə hesabatında bildirilir.

Sənədə əsasən, ötən il yanvarın 1-i ilə müqayisədə kredit təşkilatının problemli kreditləri 75,4% artıb.

Azərbaycan Mərkəzi Bankı hələ ki, hesabat tarixinə ölkə üzrə vaxtı keçmiş kreditlərin məbləğini açıqlamayıb.

Xatırladaq ki, "Azər-Türk Bank" ASC 1995-ci ildə yaradılıb. Bankın səhmlərinin 51 %-i Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR), 24 %-i Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 12,37 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,08 %-i "Zıraat Bank İnternational"a, 6,55 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları